Burnumuzun və qulaqlarımızın bədənimiz yaşlandıqca böyüməyə davam edən yeganə hissələri olduğu iddiasını yəqinki eşitmisiniz, lakin bu, tam olaraq doğru deyil. Discovery Channel-a görə, burnumuz və qulaqlarımız bədənimizin qalan hissəsi ilə birlikdə böyüməyi dayandırır, lakin cazibə qüvvəsi sayəsində hər iki hissə də zamanla uzanmağa davam edir.
Yaşlandıqca, bədənin kollagen istehsalı azalır və bu da burun və qulaqların elastikliyini itirməsinə səbəb olur. Nəticədə, bu orqanlar zamanla böyüyə bilir, amma bu, normal yaşlanma prosesinin bir hissəsidir.