Çünki dayananda düşünməyə başlayırsan. Keçmiş gəlir, yarım qalan şeylər sıraya düzülür. Elə bil gözünü yumanda hər şey yenidən başlayacaqmış kimi gəlir, ona görə də müqavimət göstərirsən.

Əslində yorğunsan, bəlkə də lap çox... Amma yatmağa cəsarətin yoxdur.
Bədən yorğundu, amma beyin dincəlmir. Fikirlər dönür başda, bir sağa, bir sola. Yatmaq istəmirsən, çünki sakitlik gələndə düşüncələr başlayır. Bəzən də sadəcə gün bitməsin deyə oyaq qalırsan.