Yeni nəsildə etika yoxdu. Böyük - kiçik yeri bilmirlər. Metroda avtobusda ağbirçəyə, ağsaqqala yer vermirlər. Giriblər telefonda iqra oyanyırlar ondan əlavə ayaqlarında aralayırlar ən əsəb olduğum şeydi. İradımı bildirirəm amma sanki təkəmmiş kimi gəlir mənə. Övladlarınıza etik qaydaları böyük kiçik yeri bilməsini öyrədin əziz valideynlər. Vallah sonra çox gec olacağ.
Tərbiyə, əxlaq deyəndə ağıla ancaq qadınlar gəlməsin, əgər kişi kimi kişi böyüdə bilməyəcəksizsə zəhmət olmasa sonsuz olun. Əgər uşağınızın tərbiyəsiylə məşğul ola bilməyəcəksizsə uşaq düşünüb, bu cəmiyyətə tərbiyəsiz uşaqlar buraxmayın.
Orta yaşlı bir xala gözümün qabağında çiynində məktəb çantası olan 9-10 yaşında bir uşağı yerindən durğuzdu ki, özü otursun. Mən də durub yerimi uşağa verdim ki, otursun. Çünki o qədər də yorğun deyildim. Xala düşənə qədər mənə qarğış tökdü, çünki yerimi ona yox, uşağa vermişdim.