Adam var ki, çöldən çox adi görünür, amma içi nurla doludur. Bu filmə baxanda anlayırsan ki, insanları geyiminə, danışığına görə yox, qəlbinə görə tanımaq lazımdır. Yol boyu dəyişən münasibətlər, sonda yaranan dostluq – həyatın özü də elə bir yoldur.