Pozulması asan, düzəlməsi isə demək olar ki, mümkünsüz olan bir absurddur. Səhər neçədə qalxmağının fərqi yoxdur — axşam normal saatda yatıb dərhal yuxuya gedə bilən insanlara həmişə həsədlə baxmışam.

Bir də gecələr daha maraqlı olur deyə (düzü, səhərə qədər) yatmayıb, gündüzləri də boş keçməsin deyə ümumiyyətlə yatmamağa çalışan insanlar var — sonu yaxşı bitmir.

Bu rejim pozğunluğu çox uzanmamalıdır, çünki insanın həyat enerjisini sorub aparır.