O, itirməmək üçün əlinizdən gələni etməli olduğunuz insan tipidir.

Bu insanların hətta pis tərəfləri də var, elə vaxt gəlir ki, yaxşı bir insan olsanız da, onlar sizi yemək, su, sığınacaq və cinsiyyətdən başqa heç nəyi vecinə almayan bir mağara adamı kimi hiss etdirirlər.

Həyatımda bu xarakterli iki insanla tanış olmuşam, həqiqətən də söhbət etməkdən, dostluqdan, həyatı paylaşmaqdan doymursan.
Yaxşı insan olmaq üçün nə lazımdır?Cavabı axtardıqca gördüm ki,uzaqdan soyuq biri kimi görünsəm də,həmişə ünsiyyətdə olduqlarımla xoş rəftar etmişəm.Tanımadığım uşaqlarla saatlarla danışıb,oyun oynamışam.Satıcı,ofisiant və ya kuryerlərlə həmişə mehriban davranmış,əlimdən gəldiyi qədər kömək edib,təşəkkür etməyi unutmamışam.Yaşlılarla söhbətləşib onların dərdlərinə şərik olmağa çalışmışam.Bunları düşündükcə başa düşürəm ki,yaxşı insan olmaq əslində nə hiss etdiyindən çox,necə davrandğına bağlıdr.
Havalar çox soyuqdur, çöldə yaşayan pişiklərə və itlərə ən azından yemək və su qoymağı xahiş edirəm. Onlar da canlıdır, insanlar kimi soyuğu hiss edir, əziyyət çəkirlər. Çox üşüyürlər, bir də ac qalmasınlar. Mərhəmətli olaq və unutmayaq ki, yaxşılıq etmək hər zaman özümüzə qayıdır.