İllərdir həsrətin böyütdü məni, Yoxluğuna artıq dözə bilmirəm, Nə olar bir gün gəl qucağla məni, Sənsiz həyat yolun gedə bilmirəm. 13.12.2025 20:16 Melanxolik
Bu aralar Məhəmməd Füzulinin bu şeiri kimi hiss edirəm özümü: Bu nasıl esalet bu nasıl şahşaha Hele utanmıyor çekiyor kahkaha Şair sevdiyini bu sözlərlə təsvir edib. Allah rəhmət eləsin 23.03.2025 12:49 pak insan
Adına şeirlər həsr olan qızlar, Nə xoşbəxt deyildir, nə gözəl sənnən Gör nəyin fikrini çəkirsən belə, Nə şeir artığdı, nə qəzəl sənnən 15.03.2025 00:04 bextsizbiri
Musa Yaqub deyir ki, Qıymadın gül çiçək vaxtını mənə, Qış olub üstümə niyə gəlmisən. 07.03.2025 13:23 nadjiba
Gülüşlərin, öpüşlərin yadında, Sönməz xatirələr bəzən... Həsrətlər çəkirsən o günlərə, O əsir gənclik çağına. Abdulla Şaiq 19.02.2025 22:22 cavidan
İnsanda yoxdursa ədəb, Neyləsin mədrəsə,məktəb. Oxusa alim olsa, Yenə eşşək,yenə eşşək. •Mirzə Ələkbər Sabir 10.02.2025 19:09 zamiq
Vətəniyçün lazım gəlsə Polad kimi gərilməsə, Torpağına sərilməsə Demək o heç ürək deyil. O heç mənə gərək deyil. 09.02.2025 02:32 elmar
İndi ha söz qoşum aya, ulduza, Ha deyim bu gecə gözəl gecədi. Bu gecə mən sənə üz tutmuşamsa, Özün bilirsən ki, kefim necədi. Nə çoxdu kefimə soğan doğrayan, Kefimdən xörəkmi bişirəcəklər? Mən axı nə şaham, nə şah oğluyam, Məni hansı taxtdan düşürəcəklər?! 03.02.2025 21:26 aynur
Azərbaycan qadını çarşabdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündü papağımı tapa bilmirəm. Cəlil Məmmədquluzadə 29.01.2025 16:42 samira
Eşidəndə dəyişmişəm dünyamı, Çiçəklər də haray salsa, incimə. Demirdinmi: “Alacaqsan canımı?” Ruhum getsə, canım qalsa, incimə. Heç bildinmi, səndən nələr çəkdi can? Dərdlərindən bildin, necə çökdü can? Bir dənəydi, elə bildin çoxdu can? Vicdanında qanım qalsa, incimə. 19.01.2025 23:25 Ataman