sakit görünən, amma içində kin saxlayan adam. heç kimdən görünməyən, öz planını gizlədən. ağıllıdı, sözünü yaxşı seçir, amma arxandan vura bilər. yəni əlində silah yoxsa da, sözü ilə, davranışı ilə daha çox zərər verə bilir. belə adamdan uzaq durmaq yaxşıdı.
O, hər şeyə səssizcə baxır və heç nədən səs çıxarmır. Haqsızlığı görüb susan, pisliyə öyrəşmiş, öz rahatlığından başqa heç kimi düşünməyən bir insandır. çünki o, birbaşa pislik etmir, onun yayılmasına imkan verir. Bu həyatda vicdanı susdurulmuş insandan dəhşətli bir şey yoxdur.