Yaxşı insan dəyişmir, sadəcə susur və uzaqlaşır. əvvəllər cibindən, çiynindən, ürəyindən istifadə edənlər birdən görür ki, artıq “servis” dayandırılıb. başlayırlar “sən dəyişmisən, əvvəl rahat sömürürdük, indi olmur” nağıllarına. köhnə yardımsevər insan gedib, yerinə “mənə nə” deyən versiya gəlib. təbii, çağıranda gəlməyəndə də “ay qəddar oldun, biz köməyə möhtac idik” deyirlər. guya əvvəl adam deyildin, indi qəddar olmusan. yox e, məsələ budur: yaxşı insan sadəcə öz qapısını örtüb, açarı da atıb dənizə.