17 yaş, İnsan qəlbi arzularla çırpınan., xəyallarla nəfəs alan o yaş, Dünya sanki hər şeyə yenidən başlamış kimi görünür., Hər təbəssüm ilk dəfədir, hər addım sanki bir kəşfdir., 17 yaş həm uşaqlığın səmimiyyəti, həm də böyüklük yolunda addım atan bir yolçuluğdur., Sən mənim üçün elə o yolçuluğun özüsən., Hər anı həm həssas, həm də güclü olan.., Saf gülüşün, içimdəki baharın səsi, sabaha olan inamım, ruhumun işığı., hamısı sənlə doludur. Sən mənim 17 yaşımsan., uşağlığın məsumluğu ilə gəncliyin həyəcanı arasında qovuşan möcüzəsən., 17 yaş insan ömründə bir dəfə yaşanır, amma sən varsan deyə bu yaş mənim üçün əbədiləşir, heç vaxt dəyişmir., Sən içimdəki baharı daşıyan çiçək kimisən., heç vaxt solmayan, daim yenilənən., Bilirsən mi., 17 yaş bir daha geri dönməz, amma sənin varlığınla mənim içimdə o yaş heç vaxt qocalmır