Ebaydə 5 qəpik satan qaqaşları mən də görmüşəm. Amma bu kimi satışlarım üzü astarından baha çıxır, sənin karqo, vergini də işin içinə qatanda gərək 10 15 dənə 5 qəpiyi eyni anda satasan. O da mümkün görünmür
1.3.5 qəpikləri istifadə etməkdən imtina edirsinizsə o demək deyil ki siz onları yerə və ya küçədə hara gəldi qoyasınız. Əsasən dayanacaqlarda belə hallarla üzləşirəm. Çox üzücü haldır. Bu cür hallah əsasən marketlərdə rast gəlinir. Kassir xırda verir və alıcı deyir qalsın. Bir marketə gün ərzində saysız hesabsız alıcı girirsə alıcıların imtina etdiyi kiçik qəpiklərlə marketin kassasına girir.
“5 qəpikdir” deyib keçməyin…

Bugün eBay-də məhsul axtarışı zamanı diqqətimi çəkən bir şey oldu. Qarşımda tanış bir əşya – 5 qəpiklik Azərbaycan sikkəsi! Ən maraqlısı isə bu qəpiyi ABŞ-lı bir satıcının 5.99 dollara satması və artıq 98 dəfə satmasıdır.

Biz isə gündəlik həyatda bu qəpiklərdən istifadə edərkən ya çəkinirik, ya da bəzən satıcılar onları götürmək istəmir. Halbuki, başqaları bizim gündəlik istifadə etdiyimiz sikkələri kolleksiya əşyasına çevirib pul qazanır