Ölümündən bir neçə ay sonra bu həyatda səni ən çox sevdiyini düşündüyün insan belə heç bir şey olmamış kimi həyatına davam edəcək.
Unutmaq deyil məsələ, öyrəşməkdi.
Qarşılaşanda artıq içində o titrəmə olmur, amma bir sızıltı qalır.
Gülürsən, amma içindəki versiya daha az danışır.
Sevgi bitməz — format dəyişər.
Bir vaxtlar “canım” dediyin indi “görsəm salam vermərəm” olur. Həyat işdə.
Heç nə demirsən, amma içində hər şey danışır. Qışqırmaq istədiyin anlar olur, amma dodaqlar kilidli. Sakitlik qorxulu deyil, amma davam edəndə insanı içdən yeyir. Sözlərlə yox, səssizliklə yananlar da var.