kosmosun ən sirli və maraqlı obyektlərindən biridir. Onlar o qədər böyük cəlb qüvvəsinə sahibdirlər ki, hətta işıq belə onlardan qaça bilmir. Bu, onların tamamilə qaranlıq olmasına səbəb olur, ona görə də "qara dəlik" adı verilmişdir.

Qara dəliklərin yaranması, çox böyük ulduzların həyatlarının sonuna yaxınlaşdığı zaman baş verir. Ulduz öz nüvəsindəki yanacaq bitdikdə, nüvə reaksiyaları tükənir və ulduz çökməyə başlayır. Nəticədə, ulduz kütləsi o qədər sıxlaşır ki, hətta işıq da onun cəlb qüvvəsindən qaça bilmir.

Qara dəliklər həmçinin zaman və məkanın birləşdiyi və dəyişdiyi nöqtələrdir. Bu, Einşteynin nisbilik nəzəriyyəsinin ən ekstremal tətbiqi olan hadisələrdən biridir. Bəzi nəzəriyyələrə görə, qara dəliklər "wormhole" adı verilən keçidlər yarada bilər, hansı ki, fərqli vaxt və məkanlara keçid imkanı yaradır. Amma hələ də buna dair heç bir birbaşa sübut yoxdur.

Bu mövzu həm də astrofizikaların araşdırdığı ən aktual sahələrdən biridir. Qara dəliklər kosmosun dərinliklərində gizlənərək, hələ də bizə bir çox suallar buraxır.
Qara dəlik – kainatın “götür amma qaytarma” zonası.
Hər şeyi udur – işığı da, ümidi də, maaşı da.
Elə bil həyatdır – girirsən, çıxış yoxdur.
Elm adamları deyir “orada zaman dayanır.”
Qardaş, mənim üçün zaman 1 saat dərs dinləyəndə dayanırdı, qara dəliyə ehtiyac yoxdu.
Nəysə, qısası, qara dəlik elə yerdi ki, ora düşən adam çıxmır – yəni nə telefon, nə də sevgili orda "görülənlər" siyahısına düşmür
Ən ağıllı alimlər də deyir: tam başa düşə bilmirik. Sadəcə bilirik ki, bu nə varsa içinə çəkir və bir daha buraxmır.