Biri sual verir, qarşı tərəf cavab əvəzinə fırladır. Ya vaxt udur, ya da ağıllı görünmək istəyir. Amma əsas məsələ bilmək deyil, necə danışmaqdır indi. Çünki bəzən cavab verənlər özü də nə dediyini anlamır, amma səsi çox çıxır deyə, haqlı görünür. Ən doğru cavab isə çox vaxt verilməyən cavab olur – ya qorxudan, ya da səmimiyyətin itdiyindən
Biri danışır, mən baxıram elə bil kosmosdadı. Sözləri eşidirəm, amma beynim “error” verir. Hərdən fikirləşirəm, bəlkə də problem məndədi, amma yox e… bəziləri doğrudan da elə danışır ki, adam öz ana dilindən şübhəyə düşür.

Bəzən o qədər dolaşıq danışırlar ki, sanki danışmaq yox, şifrə verirlər. Bir də “başa düşmürsən?” deyə soruşurlar. Ay qardaş, mən rusca, çincə başa düşərəm, amma bu danışığın adı nədi?

Oturub öz-özümə tərcümə etməyə çalışıram, amma alınmır. Axırda da sadə bir “həəə” deyib keçirəm. İçimdə isə tək bir cümlə: “nə dediyini anlamıram…”