Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
Oruc tutmaq bədəni toksinlərdən təmizləyir, həzm sistemini dincəldir, immuniteti gücləndirir və qan şəkərini tənzimləyir. Psixoloji olaraq iradəni artırır, stresi azaldır və mərhəmət hissini gücləndirir. Həm sağlamlıq, həm də mənəvi cəhətdən insana müsbət təsir göstərir.
Oruc tutmağın əsas mahiyyəti dilinizi sudan deyil qeybətdən, mədənizi yeməkdən deyil kindən uzaqlaşdırmaqdı.1 ay ağzınız yeməyə işləmir ama başqalarının arxasınca danışmağa yer axtarır. 1 ay sonra da 11 ay oruc tutmaqdan danışacaq hələ bunlar. Ağız qapı deyil ki, qıfıl vurasan bağlana, beyin bazarda satılmır ki, alıb verəsən ağıllana.