Mənə bilirsiniz nə marağlıdır.? Oxumamış,savadı olmayan bir insanın özünə oxumuş,ali təhsilli həyat yoldaşı axtarmasıdır.Əslində deyirlər fərqi yoxdur.Fərqi var həmdə çox.Oxumayan bir insan məni heç vaxt anlaya bilməz.Hə bidə bəzi nüanslar var e evləndikdən sonra icazə verilmir işləməyə.O qədər il boşunamı oxudumki gəlib ali təhsili olmayan biri ilə evlənəcəm sonrada işləməyə icazə verməyəcək.? Çox gülünc bir reallıqdır.
Düzü, ilk vaxtlar elə bilirdim ki, bu superdi. Söhbət edirsən, fikirlərini anlayır, zarafatı tutur, yəni beyin var. Amma bir müddət keçəndən sonra başa düşürsən ki, hər şeyi analiz eləyən biriylə yaşamaq elə də asan deyilmiş. Bir şeyi deyirsən, dərin mənasını soruşur. Bir şey alırsan, funksionallığını müzakirə edir. Qonaq gedirsən, sosial təbəqə fərqini izah eləyir.

Yəni, məsələn, mən “hə” deyirəm, o “nəyə əsasən hə deyirsən?” deyir. Vallah bəzən fikirləşirəm, ali təhsil almaq bu qədər sual doğururmuşsa, məni orta məktəbdə saxlayardılar, rahat yaşayardım.

Amma bir tərəfdən də yaxşıdı – sən nəsə səhv edəndə, yazılı şəkildə, arqumentlərlə, mənbə göstərərək başa salır ki, niyə düz eləməmisən. Qırğın olmur, seminar olur. Arada düşünürəm, bu evlilikdi, ya diplom müdafiəsi?