insanın duyğu və düşüncələrini ifadə etmək üçün istifadə etdiyi qeyri-şifahi ünsiyyət vasitəsidir. Bədən dili, insanlar arasında qarşılıqlı əlaqənin vacib bir hissəsidir və göz təması, əl hərəkətləri, duruş və üz ifadələri kimi komponentlərdən ibarətdir.
Bədən dili, digər insanlara mesaj göndərmək və özümüzü necə hiss etdiyimizi göstərmək üçün mühüm bir vasitədir. Göz təması, əl hərəkətləri və bədən duruşu insanların əhvalını, güvənini və ya narahatlığını ifadə edir. Psixoloji olaraq, bədən dilini dəyişdirmək, bəzən özümüzü daha yaxşı hiss etməyimizə kömək edə bilər. Məsələn, düz durmaq və başını yuxarı tutmaq insanı daha güclü və özünə inamlı hiss etdirir.
Əllər nə qədər açıqdırsa, insan bir o qədər dürüstdür. Qarşıdakının ovucu görünürsə, bu “niyyətim təmizdir” deməkdir. Əlləri gizlədən adamlar ya sıxılır, ya da nəsə gizlədir. Bədən danışır, amma biz çox vaxt qulaq asmırıq