1930-40-cı illərdə Alfred Rode adı Almaniyada kifayət qədər tanınmışdı. O, alim və Keniqsberq Kral qəsrinin incəsənət kolleksiyasının kuratoru idi. Rode, kəhrəbadan hazırlanmış bir sıra nadir sənət əsərlərindən ibarət kolleksiya toplamışdı. Bu kolleksiyaya zinyət əşyaları, rəsmlər, xaçlar və heykəllər daxil idi. Rode, müharibə illərində Kəhrəba Otağının SSRİ ərazisindən çıxarılmasında israr edən şəxs olmuşdur.

Sovet ordusu Keniqsberqə daxil olduqda, muzeyin bütün salonları və qəsr boş idi. Rode tərəfindən qorunan bütün eksponatlar yoxa çıxmışdı. 70 ildən artıqdır ki, bu ən böyük kəhrəba kolleksiyasının axtarışı dünya alimləri və tədqiqatçılarının diqqət mərkəzindədir.