Vəzifəli şəxs olsaydım, təklif edərdim ki, qanunda dəyişiklik edilsin. Övladı olan insanlar boşananda uşaq 1 həftə anayla, 1 həftə atayla yaşasın, həftədə 1 dəfə də həm anayla, həm atayla vaxt keçirtsin. Yoxsa, ata 200 manat aliment verir, bütün qalan məsuliyyətdən azad olur, subay biri kimi həyatına davam edir. Ana isə, uşağın tərbiyəsi ilə, inkişafı ilə məşğul olur, öz həyatını qurban verir.