Alman çörəyi dedikdə müxtəlif taxıl və toxumlarla hazırlanan çörəklər nəzərdə tutulur. Ən məşhurları “Pumpernickel” və “Roggenbrot”dur. Almanlar çörəyə xüsusi önəm verir, çünki bu onların gündəlik qidalanmasının əsas hissəsidir. Tərkibində tez-tez çovdar unu, kətan toxumu, günəbaxan tumu olur. Qidalandırıcı və doyumludur.
Almanlar çörəyə də sistem gətiriblər. Bizdə çörəyin içində nə var bilinmir, amma dadlıdır. Alman çörəyi isə – 47 növ toxum, 3 gün mayalanma, içində tarix yatır sanki. Amma yenə də deyim – isti lavaşın yanında hamısı uduzur. Mən çörəyi əlimlə bölə bilməyəcəyəmsə, o çörək mənə görə deyil.