Keçən həftə şəhərin mərkəzində işim var idi, tez qurtardı. Girdim "Baku Book Center"ə. İşimlə bağlı bir sənədi oxuyacaqdım. Yanımda bir qız oturmuşdu. Əlində də bir bədii kitab. Fikir verdim, təxmini 2 saat ərzində qız vur-tut 6-7 səhifə oxudu, amma 20-dən artıq selfi şəkil çəkdirdi. İnstagram'da kofe və kitabla şəkil paylaşan qızlar yadıma düşdü.