Bet saytları adamı həm ümidləndirir, həm də soyundurur. Amma çox vaxt soyundurur. Başda hamı elə düşünür: “bir-iki oyunla pul qazanıb çıxaram.” Çıxmaq nə gəzər! Sistem elə qurulub ki, uduzduqca daha çox yatırasan. Qazananda da “bəxtim açılıb” deyib davam edirsən. Sonda nə olur? Pul gedir, əsəb qalır.
(ayrıca bax: onlayn qumar asılılığı)
Sağda rulet, solda blackjack, ortada isə bonuslar parıldayır. Adam bir anlıq özünü Las Veqasda hiss edir. Fərq ondadı ki, orda kazino səni soyundurur, burda isə sən kartı özün soyundurursan.