Gözəl bir hind pritçası var. Pişiklərdən qorxduğu üçün həmişə narahat və kədərli olan siçan haqdadır. Günlərin bir günü bir cadugərin siçana yazığı gəlir və onu pişiyə çevirir. Bu pişik itlərdən qorxmağa başlayır. Cadugər onu pələngə çevirir. Fəqət pələng ovçuları görəndə qorxudan tük salır. Cadugər baxır ki, nə edir-etsin, siçan qorxularını yenə bilməyəcək. - Sən qorxağın birisən, - pələngə deyir. - Dönüb yenidən siçan ol! Səndə siçan ürəyi var. Səninçün etdiklərimin hamısı boş və mənasız imiş ...