Osmanlı türkçəsi sözü olan “gömrük” Bizans yunancasında “kommérkion” sözündən, həmin söz də öz növbəsində Latın “commercium” sözündən gəlib. Mənası: ticarət, коммерция, commerce.

Öz növbəsində “tarif” sözü də ərəbcə “bildiriş”, “məlumat” mənası verən “taarif”, daha sonra fars dilində “qiymət”, “qəbz” mənası verən “ta'refe” sözündən gəlib. Həmin söz əvvəlcə Osmanlı türkcəsinə keçib, daha sonra isə italyan, ispan və fransız dillərinə yayılıb.