ABŞ-ın 45-ci prezidenti, Washington-u tərk edib Florida istiqamətinə yollandı.
Dörd il əvvəl onun andiçmə mərasimi izləyəndə öz-özümə düşünmüşdüm: "Görəsən, bu adam evangelistlərin Armageddon planını həyata keçirmək üçün seçdiyi şəxs deyil ki?"
Amma Joe Biden prezident seçiləndən sonra içimdən belə keçdi: "Kaş, elə Trump davam edərdi."
Elə bil yağışdan qaçıb leysan altına düşdük...
3 aydır ABŞ-ı təkbaşına, kefinə görə idarə eləyən bir prezident var. İmzalı qərarnamələrlə nə istəsə onu eləyir. Məhkəmələrin qərarına fikir verən yox, Konstitusiya Məhkəməsinə qədər hər yerə öz adamlarını, yaltaqlarını yerləşdirib. Senat da onsuz da əksəriyyətlə respublikaçılardan ibarətdir deyə, nə desə, "baş üstə" deyirlər.

Amma yenə də hər gün çıxır kameraların qabağına, saatlarla şikayət edir, guya çox əziyyət çəkir. Dövlətin başındasan, amma danışanda elə bil işsiz-gücsüz, kimsəsiz adamsan. Film kimi həyat.