Həyatı dinin diktə etdiyi qaydalarla deyil, müasir, sivil həyatın tələb etdiyi ümumbəşəri ədalət və əxlaq qaydaları ilə yaşamaqdır. Dünyəvilik dindarların iddia etdiyi kimi “əxlaqsızlıq” deyil. Məncə, iki universal “lazım” var: “Özünə edilməsini istəmədiyini başqalarına etmə” və “Müxtəlifliyə, fərqliliyə, fikirlərə hörmət” dünyəviliyə görə kifayət qədər prinsiplərdir və məncə, bu ikisi əsl əxlaq üçün kifayətdir.

Məncə, dünyəvilik həqiqətən də həm fərdlər, həm də cəmiyyətlər üçün qurtuluş və inkişaf reseptidir. Bu gün müəyyən dərəcədə dünyəvi olmayan cəmiyyətlərin zamanla ayaqlaşa bilməsi, rifaha çatması, rahat olması, dinclik tapması, elm sahibi olması mümkün deyil.