ən yorucu şey, bəlkə də, ruhun və bədənin eyni anda yorulmasıdır. Fiziki yorğunluq, hər şeydən əl çəkmək istədiyində ortaya çıxır; amma ruhun yorulması daha mürəkkəbdir. Həmin an, yalnız bədən deyil, düşüncələr və hisslər də tükənir.

İş, sosial gözləntilər, özünə dair şübhələr və hər şeyin üst-üstə gəldiyi anlar insanı həm fiziki, həm də mənəvi olaraq yorur. Fiziki yorğunluq bir müddət sonra keçir, amma daxili yorğunluq daha uzun sürə bilər. Həmin an, sadəcə rahatlıq deyil, həm də ruhsal dincəlmə və balans bərpa edilməlidir.

İnsan bəzən özünü unudur, ancaq "özünü tapmaq" daha çətin bir iş olur. Bu, bəlkə də həyatın ən yorucu anıdır: özünü unudub, yenidən tapmaq üçün mübarizə aparmaq.
Daim güclü görünmək məcburiyyətində qalmaq. İçin alt-üst olsa da, çölə "yaxşıyam" deməyə davam edirsən. Heç kimi üzməmək, narahat etməmək üçün özünü parçalayarkən əslində səssiz-səssiz tükənirsən.
Bu həyatda gülümsəyərək çürümək qədər yorucu bir şey yoxdur.