Bizim oxucular arasında Elxan Elatlıya qarşı böyük bir qərəz var. Bunun səbəbini indiənə kimi anlaya bilmirəm. Elxan Elatlı sevərlər belə, kiminsə yanında onun oxucusu olduğunu deməyə çəkinirlər. Ki qarşı tərəfdən lağa qoyulurlar. Adam öz əsərlərində vətənə, ailəyə sevgini, vicdanlı olmağı, milli-mənəvi dəyərləri hörmət etməyi və s. aşılayır, əsərlərinin sujet xətti əla, oxucunu kitaba kilitləməyi bacarır. Amma bu düşüncə nədən formalaşır? Bilmirəm.
Azərbaycanın məşhur detektiv yazıçılarından biridir. O, əsasən kriminal, detektiv və sirli hadisələr üzərində qurulmuş əsərləri ilə tanınır. Onun əsərlərində Azərbaycan reallıqları, hüquq-mühafizə orqanlarının işi və cəmiyyətin müxtəlif təbəqələrinin həyatı ustalıqla təsvir olunur.