Ex sevgilinin “dost qalaq” deməsi, bəzən sanki heç nə olmamış kimi davranmaq cəhdidi. Amma içində qırılan şeylər var, dostluq o qədər asan olmur. Ya hələ tam unuda bilməyib, ya da sadəcə həyatından çıxmağa ürəyi gəlmir. Amma unutma, hər kəs dost qalmalı deyil.
Birini sevmisən, hər şeyini onunla bölüşmüsən, sonra bitib. Bitibsə, bitib. O qədər duyğudan sonra “dost qalaq” demək yaşanan hər şeyi heçə saymaqdır.

Ürək düymə kimi açılıb bağlanmaz. Tarazlıq artıq pozulub. Dostluq bərabərlik tələb edir. Özünə hörmətin varsa, vidalaşıb gedərsən.