Freelancer olaraq işləmək elə hər yerindən duran kəsin edəbiləcəyi bir şey deyil. Əvvəlcə güclü background, daha sonra bilik və ən əsası müştərilərlə birbaşa əlaqəyə keçib dil tapmaq, vaxtlı vaxtında hesabat vermək kimi bacarıqlar tələb edir. "öz işinin müdiri ol" xülyasına qapılanlara aid bir şey deyil. Öz üstündə çox işləməlisən, qısaca.

Həmçinin Azərbaycanda daha da çətindir. Onsuz da qazandığımız qəpik-quruşdur onun da 20 faizini mənfəət vergisi olaraq verməlisən. İndi sual çıxır, avropalılar, amerikalılar bu vergini ödəmirlər? Ödəyirlər, hətta oralarda şərtlər qat-qat daha ağırdır. Lakin bizim ölkə ilə fərqi, çox qazanırsansa, çox ödəyirsən. Bizdə amma qara camaatdı, vur başına vedrəni.

Hər nə isə, bir iki yaxşı şey də deyim, əgər xaricə çıxıb bu yolla pul qazanmağa çalışsan üstünlükləri çoxdur. Elə digital nomadlərin çoxu bu yolla yaşayır. Yəni pul qazanmağın ənənəvidən fərqli yoludur. Uğurlar.