əvvəlcə nə qədər gəlirin var, onu yaz bir yerə. sonra xərclərini kateqoriyalara böl: yemək, kirayə, geyim, əyləncə. bax gör, nəyə çox gedir pul. hər ay bir limit qoy özünə, məsələn "əyləncəyə 100 manatdan çox xərcləməyəcəm" kimi. qəpik-quruş demə, onlar yığılır. və ən əsası – maaş gələr-gəlməz bir hissəsini kənara qoy, sanki o pul heç yoxdu. bir az intizam, bir az nəzarət, məsələ budur.