Göstərişli sevgi - sevgi deyil. Düzdür, bəzən insan xoşbəxtliyini kimlərləsə paylaşmaq istəyir. Amma gözə soxmaq və varımdır yox. "Baxın, mən də bunu bacarıram" deyə özünü kimlərəsə sübut etməkdir. Sosial mediada gördüyünüz çox şey düz deyil. Elə insanlar görmüşəm ki, bir-biri ilə cici-mici şəkil/video çəkdirib kameraya yalandan oynayır, kamera bağlanan kimi bir-birilərini acılayırlar. Bu tək cütlüklərə aid deyil, belə dostluqlar da mövcuddur.
Bu cür sevgi çox vaxt sosial şəbəkələrdə, ictimai yerlərdə və ya bahalı hədiyyələr vasitəsilə özünü göstərir. Əsas məqsəd, əsl duyğuları ifadə etməkdən çox, ətrafdakı insanlara "mükəmməl münasibət" təsiri bağışlamaq olur.
instagramda story atmadan, hədiyyəni göstərmədən, "canım" yazmadan sevə bilmirlər sanki. sevgidən çox yarış kimidi. kim daha çox göstərsə, o daha çox sevir guya