Göstərişli sevgi - sevgi deyil. Düzdür, bəzən insan xoşbəxtliyini kimlərləsə paylaşmaq istəyir. Amma gözə soxmaq və varımdır yox. "Baxın, mən də bunu bacarıram" deyə özünü kimlərəsə sübut etməkdir. Sosial mediada gördüyünüz çox şey düz deyil. Elə insanlar görmüşəm ki, bir-biri ilə cici-mici şəkil/video çəkdirib kameraya yalandan oynayır, kamera bağlanan kimi bir-birilərini acılayırlar. Bu tək cütlüklərə aid deyil, belə dostluqlar da mövcuddur.