Gülüşün həm fiziki, həm də psixoloji sağlamlığa çoxsaylı faydaları var. Bu, təkcə xoş bir duyğu deyil, həm də bədən və ruh üçün təbii bir dərmandır. Uşaqlar gündə 400, böyüklər isə 17 dəfə gülürmüş. Güləndə bədən endorfin və serotonin kimi "xoşbəxtlik hormonları" ifraz edir. Bu, stress hormonları olan kortizolun səviyyəsini aşağı salır.