Özünü heç vaxt müdafiə etməyə məcbur qalmamaqdır. Səhv başa düşülməkdən qorxmamaq, hətta çatışmayan cəhətlərinin belə qəbul olunmasıdır. Özünü çirkin hiss etdiyin günlərdə təkcə “gözəlsən” sözünü eşitmək yox, susduğunda belə başa düşülməkdir. Birinin gözündə nə olursan ol, dəyərdən düşmədən qala bilməkdir.