Sözün düzü, ilk yükləyəndə elə bildim 1-2 dəfə girib bezərəm. Amma nə bilim e, lap xəstəsi olacam. 😅 Əvvəlcə başladım buğda əkməyə. Sonra toyuqlar, inəklər, donuzlar... bir də gördüm fermam yavaş-yavaş kəndə dönür 😂

Süd yığıram, yumurta satıram, un üyüdüb çörək bişirirəm, malları kamazla yollayıram. Gəmi gəlir, sifariş aparıram. Vallah, bəlkə də real həyatda bu qədər işlə məşğul deyiləm 😄

Ən çox xoşuma gələn şey – bazar! Malları düzüb qoyuram, bir də baxıram hamısını alıblar. Bir də məhlələr var e oyunda, girib yarışırıq, ora da çox əyləncəlidi. Bir növ komanda kimiyik.

😍 Arada balıq da tuturam, şəhərə də gedirəm. Hər gün nə isə yenilik çıxır, oyun darıxdırmır.

Bir də məsləhətim – depon doludursa qəzetə girmə, yoxsa alət-zadla dolacaq, əsəbləşəcəksən 😅

Qısası, Hay Day məni şəhər həyatından çıxarıb, telefonla kənd qızına çevirib. Çox sevirəm bu oyunu ❤️