Mən saf sevgini insanlarda yox, heyvanlarda gördüm. Artığını istəmirlər, ehtiyaclarından çox yemirlər, səbəbsiz zərər vermirlər. Sadə, dürüst və olduğu kimidilər.

Bir dəfə sadəcə başını sığalladım deyə, 20 dəqiqə boyu məni “öz aləmində” qoruyan bir it gördüm. Nə gözləyirsənsə, onu da verirlər - nə əskik, nə artıq.

İnsanda nə gördüm? Yazmağa üşənirəm vallah. Oxuyacaq adam da oxumağa tənbəllik edər. O qədər uzundu ki, başı-sonu yox.

Bir heyvana güvəndiyim qədər heç bir insana güvənmərəm. Güvənmək istəmirəm də.

Əlavə eləyim: bu elə gizlində filan da deyil ha - açıq-açığına ortadadı. Heyvanları sevən çox insan üçün bu vəziyyət tam tanışdı.