Son anları belə qələmə alınmışdı:
Axşamüstü yaxınlaşdıqca, növbə Hitler və Eva Braun-a çatdı. Sakitcə vidalaşıb otaqlarına doğru getməyə başladılar. Yanlarında silah və siyanür həbləri olduğunu bilirdik. Führerin planı, eyni anda siyanür kapsulunu dişləyib tapançasını atəşləmək idi. Xanım Braun isə yalnız siyanür çeynəyərək bu əzablı həyata son qoyacaqdı. Görünür, nə Führer, nə də o, bir-birinin varlığına qıymamışdılar.
Otağa daxil olmamışdan öncə Heinz Linge-nin Hitlerə yaxınlaşıb son bir arzusu olub-olmadığını soruşduğunu gördüm. Führer, əmrlərinin xatırlanmasını və son olaraq, mümkünsə hamının Berlini tərk etməsini tövsiyə etmişdi. Əl sıxışdılar. Daha sonra Linge böyük bir kədərlə arxasını çevirib bizə doğru gəldi. Otağın qapısı bağlandı və mən də daxil olmaqla bütün zabitlər gərgin bir gözləmə içində donduq. Hər şeyə nöqtə qoyan o tək silah səsini eşitdik. Bir müddət səssizlik oldu. Rütbəlilər olaraq nə deyə bilərdik ki! 1930-cu illərin əvvəlində başladığımız bu yolda ardımızda bir soyqırımı, inanılmaz müharibə cinayətləri və dağıdılmış bir Almaniya buraxmışdıq. O andan sonra tarixi biz yazmayacağımıza görə artıq bu hekayənin pis adamları biz idik və cəzamızı çəkməli olacaqdıq.
Heinz Linge sonradan xatirələrində qeyd etdiyi kimi, dərhal otağa qaçdı və sonra hamımızda iz buraxan bu sətirləri yazdı: Hitler-in cəsədi yatağın üzərində oturmuş vəziyyətdə idi. Sağ gicgahında alman markası böyüklüyündə kiçik bir dəlik var idi və qan incə bir xətt kimi yanağından axırdı. 7.65 çaplı bir Walther tapançası sağ əlindən düşdüyü yerdə qalmışdı. Az aralıda isə 6.35 çaplı başqa bir tapança vardı. Führer heç bir təsadüfə yer buraxmaq istəməmişdi. Onun qiymətlisi Eva Braun-un cəsədi isə heç bir yara izi olmadan yanında uzanırdı. Sanki yuxuya getmişdi.
Cəsədləri bağçaya apardıq. Gətirilən benzinin yetərli olmadığını düşündüyümdən, əsgərdən bir az da gətirməsini istədim. Axı tarix yazmış bir fiquru yox etmək asan bir iş deyildi. Hazırlıqlar zamanı Linge ilə göz-gözə gəldiyimiz mənasız anlar yaşanırdı. Daxili tarazlığımız tamam pozulmuşdu. Linge cəsədləri yorğanlara bürüdü. Führeri bir keşikçi ilə o, Eva Braun-u isə mən daşıdım. Eva-nın puantiyeli, lacivərt rəngli paltarı, açıq qəhvəyi, yüngül italyan ayaqqabıları vardı. Biləyində isə Hitler-in hədiyyə etdiyi brilyantlarla bəzədilmiş saat...
Cəsədlərin üzərinə bidon-bidon benzin tökdük. Külək sanki kibritə qarşı müharibə elan etmişdi. Biz yandırdıqca, o söndürürdü. Bu bir metafor idi, yoxsa həqiqi bir səhnə, bilmirəm. Bəlkə də kainat bu odun sönməsini heç istəmirdi. Bir ara qəzetlərdən məşəl düzəltdik, lakin məşəli yaxınlaşdıran kimi parlayan alov dərhal söndü. Keşikçilər cəsədləri küləkdən qorunan bir yerə daşıyıb yenidən yandırmağa çalışdılar və alovun cəhənnəm kimi parladığı bir səhnədə cəsədlərin külə döndüyünü izlədik.