İlk görüşdə və ya istənilən görüşdə hesabı kişinin ödəməsi heç bir etik qayda və ya ədəb qaydası deyil. Bunun nə hörmət, nə mədəniyyət, nə də görgü ilə əlaqəsi yoxdur. Hətta başqa tərəfdən baxsaq, qadını alçaltmaq kimi də qiymətləndirilə bilər. Qadın da ödəyə bilər, kişi də ödəyə bilər. Niyə cinsiyyət ayrı-seçkiliyi edilsin ki? “Hesabı kişi ödəməlidi” deyimi, özünə güvəni olmayan qadının sözüdür. Bu, sadəcə seçim məsələsidir — kim ödəmək istəyirsə, o ödəyər. Yaxud hər kəs yediyini, içdiyini ödəyər.