Birdən internet kəsilir. Evdə hamı bir-birinə baxır, elə bil işıq da sönüb. Telefonu fırladıram, mobil data da yox kimidi. Nə YouTube, nə Instagram… Özüm-özümə qalıram. Deyirəm “bəlkə kitab oxuyum?”, amma beyin cavab verir: “Sakit ol, texniki problem var”. 15 dəqiqə sonra Wi-Fi gəlir, mən də təzədən həyata dönürəm.
Marsda su var ya yox, Ayda yaşayış mümkündürmü – bunlarla məşğuldular. Biz isə kafenin şifrəsini tapmaq üçün 5 dəqiqə həyatımızı veririk.
Saniyələr içində informasiya əldə etmək imkanı yoxdu, amma bunun əvəzində, vaxt daha dəyərli olur. Hər an daha dərin yaşanır, kitabların qoxusu, söhbətlərin istiliyi, səmanın sonsuzluğu daha fərqli hiss edilir. İnternetsiz dünya, insanın ruhunu daha çox dinləməsinə fürsət yaradır