Marsda su var ya yox, Ayda yaşayış mümkündürmü – bunlarla məşğuldular. Biz isə kafenin şifrəsini tapmaq üçün 5 dəqiqə həyatımızı veririk.
Birdən internet kəsilir. Evdə hamı bir-birinə baxır, elə bil işıq da sönüb. Telefonu fırladıram, mobil data da yox kimidi. Nə YouTube, nə Instagram… Özüm-özümə qalıram. Deyirəm “bəlkə kitab oxuyum?”, amma beyin cavab verir: “Sakit ol, texniki problem var”. 15 dəqiqə sonra Wi-Fi gəlir, mən də təzədən həyata dönürəm.