Apple-ın “ən incə iPhone” şüarı ilə təqdim etdiyi son model. Cəmi 5.6 mm qalınlıq, 165 qram çəki. Əlində tutanda demək olar hiss eləmirsən, amma cibində pul kisəsini çox yaxşı hiss eləyirsən. Çünki qiyməti ucuz deyil.
Texniki tərəfi güclüdür: A19 Pro çip, 6.5 düymlük OLED ekran, 48 MP əsas kamera, önündə də 18 MP “Center Stage” kamera. Yəni şəkil, video, oyun – hər şey axır. Materialı titan, şüşəsi də “Ceramic Shield 2”. Yəni düşəndə ekran sınmasa belə, ürəyin sınır.
Gəldik əsas məsələyə – qiymət. Dünyada başlanğıc qiyməti $999. Azərbaycanda isə real vəziyyət budur: mağazalarda və elanda 256 GB versiyası təxminən 4,000 AZN-ə satılır. Yəni telefon havada uçur, qiyməti də kosmosda.
Nəticə? Əgər telefonun incəliyinə və dizaynına vurulursansa, “həmişə cibimdə yüngül olsun” deyirsənsə, iPhone Air tam sənlikdir. Amma qiymətini də nəzərə almalısan.