1. Evlənəcək xanımı düz seçməlidir. Nənə/baba, ana/ata təkidiylə evləndirilməməlidir. Xanımı gözəlliyinə, nəsil nəcabətinə, malı və inancına görə seçməlidir. İnancı sabah fərqli görüşə sahib olsalar araya kin və nifrət olmaması üçün ən başlıca amillərdəndi. 2. Kişi, ailə və uşaqlarının maariflənməsində əsas pay sahibidi. 3. Kişi ailəsini hər növ çirkinliklərdən qorumalıdır. İstər tv istər net üzərindən gələn bütün əxlaqa zidd olan hər şeydən uzaq tutmalıdır. 4.Kişi ailədə verdiyi sözü tutmalıdır. Əksi təqdirdə sevgi, etibar və güvəni itirmiş olar. 5. Ailənin maddi və mənəvi ehtiyaclarını ödəməlidir. Gücü çatmadıqda bunu ailəyə izah etməlidir. 6. Halal qida. Bu ən önəmli məsələlərdəndi. 7. Kişi xanımına söz verdiyi bütün hər bir şeyi cömərdliklə yerinə yetirməlidir. 8. Kişi çöldə də evinə bağlı olmalıdır. 9. Evdə uşağlarının tərbiyə və təhsiliylə məşqul olan xanımıyla xoş keçinib, daim gülərüz olmalı, qaba, sərt, asıq üzlü olmamalıdır. 10. Evdən xaricdə baş verən problemlərdən ev əhlini uzaq tutmalıdır..