Kitab oxumamaq sizi cahil etməz, amma oxumadan hər şeyi şərh etmək, şübhəsiz ki, edir. Çünki məsələ kitabda deyil, maraqdadır. Öyrənməyə açıqsınız? Başqa bir fikrə qulaq asmağa hazırsınızmı? Sual budur.

Bəzi insanlar kitabxana qurur, amma ağlı boşdur, bəziləri bir-iki şey oxuyur və dünyaya başqa gözlə baxır. Odur ki, bilik təkəbbürlə deyil, niyyətlə ölçülür.
Bir kitab oxumaq, heç bir pasport tələb etmədən başqa dünyalara səyahət etməkdir. Amma gəlin real olaq, bir kitab bitirmək bəzən insanın dözümünü sınağa çəkir. Bir dəfə kitabın son səhifəsini oxuyub çox təsirləndiyim üçün onu bağlayıb dedim: 'Əziz kitab, sən məni bütün yuxularımdan məhrum etdin, amma sənə təşəkkür edirəm!'

Sonra düşünürəm, bəlkə də bəzi kitablar idman proqramı kimidir – oxumağa başlayırsan, amma bir neçə gün sonra bəhanələr tapıb onu bir kənara qoyursan. Hər halda, kitabın müqəddəs küncünü tez-tez görmək bir ləzzətdir, hətta oxumağa davam etməsən belə.
"Suç və Cəza" kitabı məni o qədər sıxdı ki, Raskolnikov balta vurana kimi mən kitaba balta vurdum. İlk dəfədir ki, bir kitabı yarımçıq qoydum.
Dünya görüşünüzü dəyişən kitablar oxuyun
Bunlar sizi kökündən sarsıdan əsərlərdir: onlar çoxlu yeni, qeyri-adi ideyaları ehtiva edir. Məsələn, Hayek, Parfit, Platon əsərləri. Baxışınızı dəyişdirə biləcək kitablar tapın və onları dərindən başa düşərək oxuyun.
"Elə əməkhaqqı yoxdur ki, adama bəs eləsin. İnsan qazancı ilə kifayətlənməyi bacarmalıdır. Nə qədər çox versələr, o qədər çox istəyəcəksən. Çox və ya az olan əməkhaqqı deyil, iştahadır."

Data Tutaşxia (kitab)
Adamlar var, 5 diplomu var, amma məntiqi sıfırdır. Kitab oxuyur, amma nə oxuduğunu bilmir. Deyirsən ki, "bu mövzuda nə fikirləşirsən?" – 5 dəqiqə gözlərinə baxırsan, cavab gəlmir. Kitab dolu rəflər var, amma beyinlər boş. Oxumaq yetmir, anlamaq lazımdır.
Kitaba 10 manat verməyə heyfi gələn adam, son model telefona 2500 manat tapır. Bir kitabın qiymətinə çayxanada 3 dəfə oturub boş-boş söhbət eləyir, amma “oxumağa vaxt yoxdu” deyir. Hər şeyə pul var, təkcə kitaba yox. Sonra da sual veririk: "Niyə inkişaf etmirik?" Əzizim, inkişaf oxumaqla gəlir, boş danışmaqla yox.
"Bir gəncin manifesti" kitabını çox sevdim dostum tövsiyə etmişdi mən də sizə tövsiyə edirəm