Bir kitab oxumaq, heç bir pasport tələb etmədən başqa dünyalara səyahət etməkdir. Amma gəlin real olaq, bir kitab bitirmək bəzən insanın dözümünü sınağa çəkir. Bir dəfə kitabın son səhifəsini oxuyub çox təsirləndiyim üçün onu bağlayıb dedim: 'Əziz kitab, sən məni bütün yuxularımdan məhrum etdin, amma sənə təşəkkür edirəm!'

Sonra düşünürəm, bəlkə də bəzi kitablar idman proqramı kimidir – oxumağa başlayırsan, amma bir neçə gün sonra bəhanələr tapıb onu bir kənara qoyursan. Hər halda, kitabın müqəddəs küncünü tez-tez görmək bir ləzzətdir, hətta oxumağa davam etməsən belə.
Kitab oxumamaq sizi cahil etməz, amma oxumadan hər şeyi şərh etmək, şübhəsiz ki, edir. Çünki məsələ kitabda deyil, maraqdadır. Öyrənməyə açıqsınız? Başqa bir fikrə qulaq asmağa hazırsınızmı? Sual budur.

Bəzi insanlar kitabxana qurur, amma ağlı boşdur, bəziləri bir-iki şey oxuyur və dünyaya başqa gözlə baxır. Odur ki, bilik təkəbbürlə deyil, niyyətlə ölçülür.
ilk başda sevmədiyim ancaq ilk səhifəsini açdıqda fikrimi dəyişdirən faktordur.Kitab oxumaq həqiqətən insanı dəyişərmiş,bunu mən "Səmərqənd" kitabını oxuduğumda başa düşmüşdüm.Bu kitabı oxumazdan əvvəl tamam qəlibli fikirdə idim ancaq oxuduqca insanın necə də asanlıqla dəyişə biləcəyini görə bildim.Əgər sizlər bu həyatda sahib olduğunuz fikirlərdən və ya mühitdən razı deyilsinizsə onda mütləq bir kitab oxumağa çalışın.Həm dünya görüşünüz həm də fikirləriniz əsaslı şəkildə dəyişəcək və bu dünyaya yeni pəncələr ilə baxacaqsınız