Aramızda biraz yaşlı olanlar və ya öncəki onillikləri maraqlananlar ailələrdə və ortamda xüsusi adətləri, ənənələri görüb eşidiblər. Bəziləmizin yaşı çatmasa da bəzlirəmizin uşaqlıq illərinə təsadüf edib. Məsələn: Gəlin qaynata yanında başını açmazdı. Hətta bəzi bölgələrdə ağzını belə baş örtüyünün müəyyən hissəsi ilə örtərdi. Oğul ata yanında övladını danışdırmazdı. Oğul ata yanında üzünü qırxmazdı. O vaxtın kişiləri öz xala və bibilərinin qarşısına papaqsız çıxmazdı. Kəndlərdə yaşlılar cəm olan yerlərdə daha cavanlar özlərindən böyüklər üçün nalça (kiçik döşəkcə) gətirərdi. Qonşu qadınlar bir evə yığılanda evin kişisi evi tərk edərdi.