Tarantino haqqında bir söz deyə bilərəm: dəlidir, amma yaradıcı dəlidir. Adamın beyni normal işləsəydi, biz “Pulp Fiction”, “Kill Bill”, ya da “Inglourious Basterds - şərəfsiz əclaflar” kimi filmləri heç vaxt görə bilməzdik. Qan tökür, amma sənət kimi tökür. Dialoglar? Söz bazarı deyil, şah əsərdir. Hər kadrda bir əjdaha fikir yatır. Bəzən bir səhnəyə 10 dəqiqə baxırsan, amma gözünü qıpmırsan. Tarantino film çəkmir, səhnə tikir, hisslər düzəldir, adamın beynini remix edir. Nə desək azdır. Bu adam kino dünyasının tanrısıdır.