Manipulyasiya

İnsanın özünə olan güvənini yavaş-yavaş aşındırmaqdır. Qarşındakı sən hiss etmədən beyninə bir fikir yerləşdirər, bir qərar aldırar, sonra da sən elə sanarsan ki, bunu özün istədin.

Duyğularına toxunar, günah hissi yükləyər, bəzən elə nöqtəyə gətirər ki, özünü belə sorğulamağa başlayarsan.

Sənin düşüncən kimi görünən şey, əslində onun sənin üzərində qurduğu ssenaridir. Ən təhlükəlisi də budur — fərqinə varmadan yönləndirilirsən.
Sosiopatlarda vicdan və empatiya çatışmazlığı var. Onlar başqalarının hisslərini nəzərə almadan manipulyasiya edir, impulsiv və aqressiv davranırlar. Qaydaları və sosial normaları vecinə almadan məqsədlərinə çatmaq üçün hər cür yolu məqbul sayırlar.
insanların düşüncələrinə, hisslərinə və davranışlarına gizli şəkildə təsir etməklə onları istənilən istiqamətə yönləndirmək və ya müəyyən məqsədlərə nail olmaq üçün istifadə olunan psixoloji təsir metodudur. Manipulyasiya adətən fərdin və ya qrupun mənafeyini güdməklə həyata keçirilir və manipulyasiya olunan şəxs və ya cəmiyyət bunu bəzən dərhal dərk etmir.