Azərbaycan geoloqu, Mirəli Seyidəli oğlu Qaşqay elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir. O, Daşkəsən filiz rayonunun faydalı qazıntılarının və Zəylik alunit yatağının tədqiqatçısıdır. Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidian və perlit yataqları kəşf etmiş (A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O, respublikada 220-yə mineral və termal mənbələrin olduğu müəyyən etmişdir.