sadəcə bir əsgər deyildi. O, şəhadətə aşiq bir ruh idi., Onun içindəki inam, dua qədər təmiz, iman qədər dərindi. O, şəhid olmağa getmədi, şəhidliyə çağırıldı. Çünki Allah bəzi insanları sevdiklərini sübut etsinlər deyə seçir. Mübariz isə seçilənlərdən idi. O, bir gecənin içində tarix yazdı, təkbaşına düşmənin cəbhəsinə girib onlarla döyüşərək, Vətənə olan eşqini qanı ilə möhürlədi. O, qorxmazlığın, fədakarlığın və rəşadətin canlı siması oldu. Mübariz bir çağırış idi, susğun vicdanlara, yatan ruhlara, unutmağa meyilli yaddaşlara bir səs idi. Onun gedişi bir son deyil, bir başlanğıcdır, əbədi həyatın, ilahi razılığın və Vətənin ucalığının başlanğıcı. Bu torpağın hər daşında, hər ağacında Mübariz`in adı var. Biz onu heç zaman unutmayacağıq. Çünki Mübariz unudulmaz bir hekayənin adıdır , igidliyin, vətən sevgisinin və şəhidliyin zirvəsində yazılan müqəddəs bir ad. Onun ruhu bu xalqın alnında bir şəfəq kimi parlayacağ